AKADEMİK ƏLİ BİNNƏT oğlu İNSANOV

AZ - EN - RU

ANA SƏHİFƏ
XƏBƏR BAŞLIQLARI
HƏYATI
ŞƏXSİYYƏT
XATİRƏLƏR
FƏALİYYƏTİ
ƏSƏRLƏRİ
MƏTBUATDAN
DOĞMA YURD
FOTO ALBOM
KEÇİDLƏR

 

 

LƏMBƏLİ ALİMLƏRİ

 

ADIGÖZƏL ƏHMƏD oğlu DOSUYEV

1948-ci il fevralın 2-də indiki “Ermənistan”ın Ləmbəli kəndində anadan olmuşdur.
O, 1954-cü ildə kənd orta məktəbinin birinci sinfinə daxil olmuş, 1964-cü ildə isə orta təhsilini Gürcüstan Respublikasının Marneuli şəhər orta məktəbində qızıl medalla başa vurmuşdur. Həmin il Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur. Oranı 1970-ci ildə bitirmişdir.
Həmin il Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda aspiranturaya qəbul olmuş və 1974-cü ildə “Qarışıq tipli tənliklər üçün qoyulmuş sərhəd məsələlərinin şəbəkə üsulu ilə tədqiqi” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək alimlik dərəcəsi almışdır.
1974-cü ildən 1978-ci ilin oktyab-rına qədər Kibernetika İnstitutunda ki-çik elmi işçi işləmişdir. 1978-ci ildə müsabiqə yolu ilə Azərbaycan Dövlət Universitetinin hesablama-riyaziyyat ka-fed-rasının assistenti, 1980-ci ildə baş müəllimi, 1984-cü ildə isə dosenti vəzifəsinə seçilmişdir.
Universitetdə işlədiyi müddətdə özü-nü bacarıqlı mütəxəssis kimi gös-tərmişdir. 1981-ci ilin sentyabrından 1982-ci ilin iyul ayına kimi Böyük Bri-taniya London Universitetində elmi ezamiyyətdə olmuşdur. O, keçmiş İtti-faq və bir çox xarici ölkə alimləri ilə şəxsi əlaqə saxlamış, bir sıra bey-nəl-xalq konfranslarda çıxış etmişdir.
1996-cı il iyul ayında Macarıstanda, 1997-ci ilin avqustunda ABŞ-da keçi-ril-miş beynəlxalq konfranslarda məru-zələr etmişdir. A.Dosuyevin rəhbərliyi altında 4 namizədlik dissertasiyası mü-dafiə edilmiş, özü də bir neçə na-mi-zəd-lik dissertasiyasının apponenti olmuşdur.
A.Dosuyev 1999-cu ilin iyulunda Tbilisi şəhərində doktorluq disser-ta-siyası müdafiə etmişdir.
Hal-hazırda Adıgözəl Dosuyev Şimali Kipr Türk Respub-lika-sının Ağ-də-niz Universitetində çalışır. Onun ingilis dilində sərbəst oxuduğu müha-zirələr maraqla qarşılanır.
Evlidir. Oğlu Anar fizika-riyaziyyat elmləri namizədidir. BDU-nun müəllimidir. Qızı Aynur Azərbaycan MEA-da çalışır.

CAHANGİR ƏHMƏD oğlu HACIYEV
(Cahangir Əhməd Hacıoğlu)

26 mart 1949-cu ildə indiki “Er-mə-nistan”ın Ləmbəli kəndində anadan olub. Ləmbəli orta məktəbini bitir-dik-dən sonra iki il “Zeytun” sovxozunda fəhləlik etmişdir. İki il sovet ordu-sun-da xidmət etdikdən sonra 1970-ci ildə Azərbaycan Politexnik İnstitu-tu-na daxil olub. Oranı 1975-ci ildə biti-rərək “Trikotaj istehsalı” ixtisası üzrə mühəndis-texnoloq diplomu alıb.
C.Ə.Hacıoğlu 1975–1980-ci illər-də təyinatla göndərildiyi Sumqayıt üst trikotaj fabrikində müxtəlif səviyyəli mühəndis-texnoloq vəzi-fə--lə-rin--də çalışıb. O, üç il A.N.Kosıgin adına Moskva Tekstil İnsti-tutunun (indi Aka-de-miyadır) aspiranturasında əyani təhsil al-mış-dır. “Özüburulan saplardan trikotaj hörülməsi texnolo-giya-sı-nın işlənməsi” mövzusunda disser-ta-si-yasını 1984-cü ildə müdafiə edib, texnika elmləri namizədi alimlik dərəcəsi almışdır.
1984-cü ilin sentyabrında təyinatla Azərbaycan Texnologiya İnsti-tu-tuna assistent vəzifəsinə göndərilmişdir. 1986-cı ildə elmi şurada dosent vəzifəsinə seçilmişdir. Hal-hazırda da həmin vəzifədə çalışır.
C.Hacıoğlu 2003-cü ilin mayında “Trikotaj istehsalında ehtiyata qənaət edən texnologiyanın işlənməsinin elmi əsasları” mövzusunda dissertasiya müdafiə edərək texnika elmləri doktoru alimlik dərəcəsi almışdır. “SSRİ ixti-ra-çısı”, SSRİ XTNS-nin gümüş mükafatçısıdır. O, Rusiya, Uk-ray-na, Gürcüstan, Be-la-rus və Özbə--kistanın aparıcı elm və təhsil ocaqlarında keçirilmiş bey-nəlxalq elmi-texniki konfransların iştirakçısı olmuş, Azərbaycanı təmsil etmişdir. C.Ə.Hacıoğlu 50-dən çox elmi əsərin, iki kitabın, bir neçə dərs vəsai-ti-nin və 15 ixtiranın müəllifidir. 100-ə qədər publisistik məqaləsi müxtəlif qəzetlərdə dərc olunub.
O, 1988-ci ildə milli-azadlıq hərəkatına ilk qoşulanlardan biri olub.
1993-cü il iyunun 7-də Surət Hüseynovun qiyamçı dəstəsi tərəfindən 6 gün Gəncə şəhəri Kəpəz rayon Polis İdarə-sində saxlanılmışdır.
Cahangir Hacıoğlunun iki övladı var. Günay Azərbaycan Tibb Univer-sitetini bitirib. Nuray isə həmin universitetin tələbəsidir.

LEJVƏDDİN MİKAYIL oğlu HACIYEV

1933-cü il dekabrın 1-də Ləm-bəli kəndində anadan olub. 1940-cı ildə Ləmbəli orta məktəbinin birinci sin-finə gedib. 9 il sonra ermənilərin törətdikləri depor-tasiya nəticəsində kənd dağılıb, məktəb isə bağlanıb. Bu zaman Lejvəddin Hacıyev Gür-cüstan Respublikasının Sadaxlı kənd məktəbinin 9-cu sinfinə gedib və orta təhsilini orada başa vurub.
1953-cü ildə Azərbaycan Döv-lət Universitetinin fizika-riya--ziyyat fakül-tə-sinə qəbul olunub. 1958-ci ildə ali təhsilini başa vuran L.Hacıyev akademik Azad Mirzəca-nı-za-dənin rəhbərliyi ilə Azərbaycan SSR Elmlər Akademiyasında elmi fəaliyyətə baş-layıb. Elmi fəaliyyətini Kazan Dövlət Universitetində davam etdirib.
L.Hacıyev burada 1967-ci ildə “İki kontaktın yerdəyişməsi haq-qında bəzi qeyri-xətti məsələlərin həlli” mövzu-sun-da dissertasiya müdafiə edib, fizi-ka-riyaziyyat elmləri namizə-di alimlik dərəcəsi alıb.
Lejvəddin Hacıyev eyni vaxtda pe-daqoji fəaliyyətini də davam et-di-rib. Hazırda o, Dövlət İnşaat Mühən-disləri Universitetinin Ali riyaziyyat kafed-rasında dosent vəzifəsində çalışır. Bu günlərə kimi Lejvəddin Hacıyevin tətbiqi riyaziyyata aid 80-dən çox dəyərli elmi əsəri dərc olunub. Bu əsərlərin bəziləri SSRi Elmlər Akade-miyasının buraxdığı elmi jurnallarda və xarici dillərdə verilmişdir.
L.Hacıyevin ailəsi ali təhsillilər ailəsi kimi tanırır. Həyat yoldaşı Səhərnaz Azərbaycan Dövlət Neft Şirkətinin aparıcı mühəndisidir. Oğlu Rauf “Xəzərdənizneftsosialtikinti” trestində mühəndis işləyir. Qızı Sevda Azərbaycan Dövlət İnşaat Mühəndisləri Universitetini bitirmişdir.

TALIB İSMAYIL oğlu ƏNSƏROV
(Talıb Məmiş oğlu Şərifov)

İsmayıl Hacıkərim oğlu Ənsərov Böyük Vətən müharibəsindən vətə-nə yaralı qayıtdı. Kolxozda işlədi. Mü-ha-ribəyə kömək məqsədi ilə əlindən gələni əsirgəmədi.
Talıb aprel 1944-cü ildə indiki “Er-mə-nistan”ın Ləmbəli kəndində ana-dan olmuşdur. İsmayıl kişi baldızının xahi-şini nəzərə alaraq Talıbı körpə ikən ona oğulluğa vermişdir. Elə o gün-dən də onun soyadı Şərifov yazıl-mışdır.
Talıb İsmayıl oğlu 1951-ci ildə kənd orta məktəbinin birinci sinfinə gedib. Məktəbi müvəffəqiyyətlə biti-rib. Bakıya gələrək sənədlərini Azər-bay-can Politexnik Texnikumuna ve-rib və qəbul olunub. 1964-cü ildə ora--nı bitirib, fərqlənmə diplomu alıb. Sonra təhsilini Azər-baycan Politexnik İnstitutunda davam etdirib. İnstitutda da “əla” qiymətlərlə oxuyub. Oxu-duğu müddət ərzində onun şəkli “Şərəf lövhəsi”ndən düşməyib. Tələbə və müəllim kollektivi arasında böyük hörmət qazanıb.
İnstitutu bitirdikdən sonra rəhbərliyin təklifi ilə orada saxlanılıb. Kafedrada radiotexnik assistenti kimi fəaliyyətə başlayıb. Gərgin əməyin bəhrəsi onunla nəticələnib ki, o, sonra Moskva Energetika İnstitutunun aspiranturasına göndərilib.
Talıb Ənsərov eyni zamanda həmin institutun elektrotexnika kafed-ra-sında işləyib və axtarışlar aparıb. Onun inkişafında – bir alim kimi yetiş-mə-sində elmi rəhbəri Gennadi İvanoviç Veselovun böyük xidməti olmuş-dur. O, Ali Attestasiya Komissiyasının üzvü idi. Talıbın elmi fəaliyyətinə el-mi məsləhətçi Vitali Aleksandroviç Romanyukun da böyük təsiri olmuş-dur.
Talıb Ənsərov namizədlik dissertasiyasını 1970-ci ildə Moskva Elektrotexnika İnstitutunda müdafiə etmiş və texnika elmləri namizədi alimlik dərəcəsi almışdır.
1976-cı ildə Bakıya qayıdıb, Kosmik Tədqiqatlar İnstitutunda şöbə müdiri vəzifəsinə təyin edilib. SV4 diodlar sahəsi üzrə o, Azərbaycanda yeganə mütəxəssis olub. Talıb bir neçə dəfə Şamaxı rəsədxanasında tədqiqat işləri aparıb, görkəmli alim Tofiq İsmayılovla birlikdə Azərbaycan elminin inkişafı üçün bilik və bacarığını əsirgəməyib.
Talıb Ənsərov Politexnik İnstitutunda müəllimlik edib, biliyini tələbələrə öyrədib. Elmi konfranslarda – Moskvada, Kişinyovda, Bakıda və s. iştirak edib.
Talıb Ənsərovun üç övladı var: Toğrul, Rəşad, Ruhin – üçü də ali təhsillidir.
Elmi fəaliyyətini davam etdirir.


YUSİF QARA oğlu OSMANOV

1937-ci il yanvarın 2-də indiki “Er-mənistan”ın Ləmbəli kəndində ana-dan olub. 1944-cü ildə kənd orta mək--təbinin birinci sinifinə gedib və 1954-cü ildə oranı mü-vəf-fə-qiy-yətlə bitirib.
O, həmin ildə İrəvan Dövlət Peda-qoji İnstitutunun fizika-riya-ziyyat fa-kültəsinə daxil olub. 1959-cu ildə is-titutu “əla” qiy-mətlərlə bitirdikdən son-ra Bakıya gəlmiş və Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmışdır.
Yusif Osmanov elmi fəaliyyətinə də bu institutda başla-mış-dır. O, neft hasilatına dair bir neçə elmi məqalə yaz-mış-dır. 1963-cü ildə o, Ukrayna Respublikasının kibernetika İnstitu-tunda aspiranturaya daxil olmuş və orada dinamik sistemlərin optimal idarə edilməsi istiqamətində tədqiqat işlərinə başlamışdır. Tədqiqat za-ma-nı əldə edilən nəticələr Bakıda, Kiyevdə, Daş-kənddə buraxılan elmi jurnallarda dərc edilmişdir.
Yusif Osmanov 1971-ci ildə “Op-timal idarəetmə məsələlərinin ədədi həll üsulları” mövzusunda namizədlik dis-sertasiyası mü-dafiə etmişdir. O, 1972-ci ildə müsabiqə yolu ilə Azər-baycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Döv-lət Neft Aka-de-mi-yasının) Ali riyaziyyat kafed-rasına keçmiş və orada baş müəllif vəzifəsində işləməyə başlamışdır. İndi o, hə-min Akademiyanın Tətbiqi riyaziyyat kafedrasının dosentidir.
Y.Osmanov 30-dan çox elmi məqalənin və 10-dan artıq meto-diki işin müəllifidir. Onun 1997-ci ildə çap etdirdiyi “Riyazi iqtisa-diy-yat” kitabından ali məktəblərdə dərslik kimi geniş şəkildə isti-fa-də olunur.
Y.Osmanov çap edilmiş “Xətti proqramlaşdırma”, “Əməliy-yat-la-rın tədqiqində xüsusi üsullar”, “Xətti proqramlaşdırmada qoş-ma məsələlər” və s. kimi dərs vəsaitlərinin müəllifidir.
Övladları Bəsti, Aynur və Elnur Azərbaycan Neft Akademiyasını bitir-mişlər.

ELŞAD ALI oğlu BALIYEV

1940-cı ildə Ermənistanın No-yem-beryan (Barana) rayonunun Ləm--bəli (indiki Baqrataşen) kən-din-də anadan olub.
Ləmbəli kənd orta məktəbini bi-tir-dikdən sonra Azərbaycan Poli-tex-nik İnstitutunda (indiki Azər-baycan Tex-niki Universiteti) oxuya-raq 1964-cü ildə Avtomatika və he-sablama tex-nikası fakültəsində “Ri-yazi he-sablayıcı ci-hazlar və qurğular” ixti-sası almışdır.
Əmək fəaliyyətinə Neft-Kimya Ci-hazları İdarəsinin xüsusi kon-struktor bürosunda mühəndis kimi başlayan Elşad Balıyev Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İnstitutunda əv-vəl-cə mühəndis, qrup rəhbəri, laboratoriya müdiri, şöbə müdiri vəzifələrində çalışmışdır.
1969–1972-ci illərdə Moskva İqtisadi Statistika İnstitutunun iqtisadi kibernetika kafedrasının aspirantı olmuşdur. 1973-cü ilin yanvar ayında namizədlik dissertasiyası müdafiə etmişdir.
Elşad Balıyev əmək fəaliyyətini yenə də Dövlət Plan Komitəsində – Elmi-Tədqiqat İnstitutunda davam etdirmiş, bölmə rəhbəri və şöbə müdiri vəzifələrində işləmişdir. Həmin illərdə (1973–1979) avtomatlaşdırılmış idarəetmə sistemlərinə aid aparılan elmi-tədqiqat işlərinin yerinə yetirilib realizə edilməsində aparıcı mütəxəssis kimi SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində bürünc medala layiq görülmüşdür.
1978–1980-ci illərdə Kənd Təsərrüfatı Texnikası Dövlət Komitəsinin dəvəti ilə həmin nazirliyin İnformasiya-Hesablama Mərkəzinin direktoru və-zifəsində çalışmışdır. Bu zaman respublikamızda kənd təsərrüfatı tex-nikası ilə bütün minik maşınlarına aid ehtiyat hissələrinin alınması, pay-lan-ması (bütün şəhər və rayonlar üzrə) və saxlanmasına nəzarəti və ida-rə edilməsi məsələlərinin hesablama maşınlarında həlli və realizə olun-ma-sının baş mütəxəssisi olmuşdur.
1980-ci ildən Azərbaycan Texniki Universitetinin İnformatika və kömpüter texnikası kafedrasının dosentidir.
Elşad Balıyevin elmi və pedaqoji fəaliyyəti 100-dən artıq elmi əsərdə, o cümlədən, iki dərs vəsaitində və 10 metodiki göstərişdə öz əksini tapmışdır.
Elşad Balıyev keçmiş İttifaq və beynəlxalq səviyyəli bir sıra simpo-zium və konfranslarda çıxış etmişdir.
Ailəlidir.
Mükəmməl ali təhsil almış övladları var.
Vəli – 1996-cı ildə fərqlənmə diplomu ilə Texniki Universitetin nəqliy-yat fakültəsini, 1999-cu ildə “Odlar yurdu” Universitetini bitirib. Hazırda Azal Dövlət Konserninin aviasiya təhlükəsizlik idarəsinin növbə rəisidir.
Rəşad – 1998-ci ildə Türkiyənin Manısa şəhərində liseyə qəbul olub. Hazırda Bolu şəhərində Abant-İzzət Baysal Universitetinin iqtisadiyyatın təşkili fakültəsinin tələbəsidir.
Könül – 1999-cu ildə Azərbaycan Texniki Universitetində istehsalın təş-kili ixtisasını alıb, magistraturanı bitirib. Hazırda “Azərsel” şirkətinin əməkdaşıdır.
Kənan – 1998-ci ildə Texniki Universitetdə dəmiryolunun elektrik nəqliyyatı ixtisasını alıb, magistraturanın I kurs tələbəsidir.

YAŞAR VƏLİ oğlu QƏHRƏMANLI

10 may 1942-ci ildə indiki “Ermə-nis-tan”ın Ləmbəli kəndində anadan olub. Yaşar məktəb yaşına çatan zaman ermə-nilər yerli azərbaycanlıları deportasiyaya məruz qoyub sürgün etdilər, məktəb də bağlandı.
Y.Qəhrəmanlı 1950-ci ildə kənd orta məktəbinin birinci sinfinə daxil olub, oranı 1960-cı ildə müvəffəqiyyətlə bitiribdir. Elə həmin ildə də Azər-baycan Politexnik İnsti-tutunun hidromeliorasiya fakültəsinə daxil ol-muşdur. 1965-ci ildə təhsilini tamamlayıb mühəndis-hidrotexnik ixtisa-sı almışdır.
1966-cı ildə Azərbaycan Elmi Təd-qi-qat Hidrotexnika və Meliorasiya İnstitutunun Şəmkir təcrübə stansi-yasında kiçik elmi işçi kimi əmək fəaliyyə-tinə başlamışdır. 1967-ci ildən Ukray-nanın Xmelnitsk və Lvov şə-hər--lə-rin-də hərbi xidmətdə olmuş, 4 aylıq zabitlər kursunda oxu-muş-dur.
O, 1968–1969-cu illərdə Kür-Araz Baş Su Tikintiləri İdarəsinin Əli Bay-ramlı şəhərindəki 16 saylı tikinti sa-hə-sində iş icraçısı, baş iş icraçısı, sa-hə rəisi vəzifələrində işləmişdir. Y.Qəh-rəmanlı SSRi Elmlər Aka-de-miyasının müxbir üzvü, Azərbaycan EA-nın aka-demiki Vladimir Radio-no-viç Volo-buyevin rəhbərliyi ilə Az. ETH və Mİ-nin aspiranturasında təh-sil al-mış və 1974-cü ildə Novo-çer-kask şəhərində namizədlik disser-tasiyası müdafiə etmişdir. Sonra Az. ETH və Mİ-də kiçik elmi işçi, baş elmi işçi işləmiş, 1977-ci ildən Azər-bay-can İnşaat Mühəndisləri İnstitutunun hidro-meliorasiya kafed-rasında assistent, 1981-ci ildən dosent vəzifəsində çalış-mışdır.
Y.Qəhrəmanlı 5 il hidromeliorasiya fakültəsində dekan müavini işləmiş və eyni zamanda əmrlə 1986–1988-ci illərdə hidrome--lio-rasiya kafedrasına müdir əvəzi təyin olunmuşdur. 1999-cu ilin oktyabrında isə müsabiqə yolu ilə həmin kafedraya müdir seçilmişdir.
Yaşar Qəhrəmanlı 86 elmi əsərin, o cümlədən 1 dərsliyin, 4 dərs vəsaitinin və metodik göstəricilərinin müəllifidir.
O, həmçinin kafedrada bir neçə əsas ixtisas fənni üzrə çoxpilləli təhsil sisteminə keçidlə bağlı işlədiyi yeni tədris planı və proqramlarının da müəlli-fidir.
Azərbaycan Memarlıq və İnşaat Mühəndisləri Universitetinin kafedra müdiri, dosent Yaşar Qəhrəmanlı eyni zamanda universitetin və fakül-tə-nin elmi və metod şuralarının üzvüdür.
Y.Qəhrəmanlı beynəlxalq və respublika səviyyəli 22 konfransda elmi məruzələrlə çıxış etmişdir.
Oğlu Elçin Azərbaycan Prezidenti Yanında Dövlət İdarə-etmə Akade-mi-yasının aspirantıdır. Qızı Fatma Azərbaycan Tibb Uni-versitetinin müa-licə - profilaktika fakültəsinin V kurs tələbəsidir.

KAMANDAR KAZIM oğlu ŞƏRİFLİ

1940-cı il yanvarın 20-də Ləmbəli kəndində Şərifillik tayfasında dünyaya göz açmışdır. O, yenicə ayaq açıb yeriyərkən, İkinci Dünya mü-haribəsi başlamışdı. Atası Kazım Zeynal oğlu da 1943-cü ildə ağır yaralanaraq, xəstə-xa-naya düşmüş və orada da vəfat etmişdir. Ailənin üç övladı – Məmməd, Kamandar və Cahandar anaları Aişə İsa qızının himayəsində qalmışdır.
Kamandar Basarkeçər sürgünlüyündən sonra 1959-cu ildə Ləmbəli 2 saylı orta məktəbini bitirmişdir. 1959-1962-ci illərdə ordu sıralarında xidmət etmişdir.
1963-cü ildə ADU-nun şərqşünaslıq fakültəsinə daxil olmuşdur. 1966-1967-ci illər ərzində Misirin Qahirə Universitetində təhsil al-mışdır. 1968-ci ildə BDU-da ali təhsilini başa çatdırmışdır.
K.Şərifli ömrünün 8 ildən çoxunu Yaxın Şərq ölkələrində diplomatik işə həsr etmişdir.
Kamandar Şəriflinin Ərəb Şərqinə növbəti səfəri 1976-cı ildə İraq Respublikasına olmuşdur. 1980-cı ilədək, yəni dörd il ərzində o, Bağ-dad-da İraq Silahlı Qüvvələrinin Baş Qərargahında və sabiq İraq prezidenti Səddam Hüseynin batalyonunda işləmişdir. Misirdən sonra burada da daha bir müharibəni – 1979-cu ildə başlayan İran-İraq müharibəsini öz gözləri ilə görmüşdür.
1988-ci ildə K.Şərifli həmin dövrlərdə iki yerə bölünmüş Cənubi Yəmən Xalq Demokratik Respublikasının paytaxtı Ədən şəhərində işləmişdir. 1990-cı il yanvarın 20-də (öz ad günündə) Sovet Ordusu xəyanətkarcasına Bakı şəhərinə hücum edərək, dinc əhalini qanına qəltan etdikdən sonra o, Sovet səfirliyində işlə-mək-dən imtina edərək Vətənə qayıtmışdır.
Hələ 1970-ci ildə K.Şərifli Misir Ərəb Respublikasından qayıtdıqdan sonra müsabiqə yolu ilə Azərbaycan Milli Elmlər Akademiyası Məhəm-məd Füzuli adına Əlyazmalar İnstitutuna (o vaxt Azərbaycan EA Res-publika Əlyazmalar fondu adlanırdı) kiçik elmi işçi vəzifəsinə işə qəbul edilmiş və 1971-ci ilin əvvəlindən etibarən orta əsr əlyazma abidələri üzərində elmi-tədqiqat işləri aparmağa başlamışdır. 1985-ci ildə “Əbdülqəni Nuxəvi Xalisqarızadə və onun mətn-şü-naslıq fəaliy-yə-ti” mövzusunda dissertasiya müdafiə etmiş və filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. Bu tədqiqat əsasında da “Əbdülqəni Nuxəvi Xalisəqarızadə” adlı sanballı monoqrafiya nəşr etdirmişdir.
Kamandar indiyədək ədəbiyyatşünaslığımızda öyrənilməmiş Azər-bay-can mətnşünaslığı elminin nəzəri problemlərinin tədqiqi istiqamətində araş-dırmalarını davam etdirmişdir. Bununla da tədqiqatçı ilk dəfə olaraq Əlyazmalar İnstitutunda, eləcə də Yaxın və Orta Şərq ölkələrinin kitabxana, muzey və institutlarında saxlanılan orta əsr türkdilli, farsdilli və ərəbdilli yazılı abidələri əsasında Azərbaycan mətnşünas-lı-ğı-nın nəzəri problemlərini araşdırmış və “Azərbaycan mətnşünaslığı-nın tə-şəkkülü və inkişafı” mövzusunda doktorluq dissertasiyası hazırlamışdır.
Bu dissertasiya əsasında onun nəşr etdirdiyi “Mətnşünaslıq” monoq-rafiyası ali məktəblərdə dərs vəsaiti kimi istifadə edilir.
K.Şərifli orta əsr yazılı abidələrinin tədqiqinə həsr edilmiş on kitab, o cümlədən üç monoqrafiya və yüzdən çox elmi-kütləvi məqalə müəllifidir. Ali məktəblər üçün “Müsəlman hüququ” fənni üzrə proqram da nəşr etdirmişdir. O, respublika və beynəlxalq konfransların iştirakçısı ol-muş-dur. İndiyədək Azərbaycan Milli Elmlər Akademiyası Məhəm-məd Füzuli adına Əlyazmalar İnstitutunda direktor müavini, elmi katib və şöbə müdiri vəzifələrində işləmişdir. Hazırda Ərəbdilli yazılı abidələrin tədqiqi və nəşri şöbəsinə rəhbərlik edir.
Həyat yoldaşı Həmayil Hidayət qızı Şərifli Xoreoqrafiya məktəbində riyaziyyat müəlliməsi işləyir.


SABİR HİDAYƏT oğlu ORUCOV

1953-cü ildə indiki “Ermənistan”ın Ləmbəli kəndində anadan olub. 1970-ci ildə kənd orta məktəbini biti-rib. Hə-min il də Azərbaycan Politex-nik İnsti-tu-tunun inşaat fakültəsinə daxil olub. 1974–1976-cı illərdə hərbi xid-mət keçib. Tərxis olun-duq-dan son-ra əv-vəl-ki təhsilindən imtina edib, ye-ni-dən Azər-baycan İnşaaat Mühən-disləri İnsti-tu-tunun memarlıq fakül-təsinə qəbul olunub. Üç il burada oxuduqdan sonra Moskva Memarlıq İnstitutuna köçü-rülüb.
Sabir Orucov bu institutu 1982-ci ildə bitirib və Bakıda İçərişəhərin baş rəssamı vəzifəsində çalışıb. Öz ixtisasının öhdəsindən layiqincə gə-lən Sabir 1985-ci ildə Moskvaya gedib. Memarlıq İnstitutunun aspiran-tu-ra-sına qəbul olunub. O, 1989-cu ildə dissertasiya müdafiə edərək sənət-şü-naslıq namizədi alimlik dərəcəsi alıb. Həmin ildən də Azərbaycan İnşaat Mühəndisləri Universitetində pedaqoji fəaliyyətə başlayıb.
S.Orucov 1990-cı ilin əvvəllərindən Azərbaycan Milli EA Memarlıq və İncəsənət İnstitutunun müasir memarlıq şöbəsində baş elmi işçi vəzi-fəsində çalışıb. 1993-cü ildən 2000-ci ilə qədər Memarlıq kompozisiyası kafedrasının müdiri olub.
S.Orucov 1994-cü ildə “Mühitin dizaynı” ixtisası üzrə mütəxəssis hazırlığı işinin əsasını qoymuş və bu istiqamətdə görülən tədris-metodiki işlərin yekunu kimi 2000-ci ildə “Dizayn” kafedrasının yaradılmasına nail olmuşdur. Oranın müdiridir.
Hazırda memarlıq fakültəsinin dekanıdır.
Gənc alim Sabir Orucov tədrisin elmi-tətbiqi və eksperimental bazası kimi “Şəms-Elm” memarlıq-dizayn mərkəzini də yaratmışdır. Şəxsən özü-nün rəhbərliyi ilə hazırlanmış elmi-təcrübi işlər bir çox konfranslarda diqqəti cəlb etmiş, beynəlxalq müsabiqələrə göndərilmiş və I, II dərəcəli diplomlara, mükafatlara layiq görülmüşdür.
Sabir Orucovun fəaliyyəti bunlarla məhdudlaşmır. O, Bibiheybət ziya-rətgah kompleksinə daxil olan 20-dən çox binanın memarı, 40-dan çox elmi məqalənin müəllifidir.
S.Orucov elmi əlaqələr çərçi-və-sində Fransada, Macarıstanda, İran-da olmuş, elmi konfranslarda, sim-poziumlarda uğurla iştirak etmişdir. Ailəli-dir, 3 övladı var.


KƏRƏM BAYRAM oğlu BAYRAMOV

1953-cü il fevralın 10-da indiki “Er-mənistan”ın Ləmbəli kəndində ana-dan olmuşdur. 1969–1970-ci təd-ris ilində orta məktəbi müvəf-fə-qiy-yət-lə başa vurub. Ailəsinə kömək məq-sə-di ilə iki il təsərrüfatda işləyib. Sonra əsgəri xidmətə göndərilib.
O, 1972–1974-cü ildə Çita vilayə-tində xidmət edib. Tərxis olunduqdan sonra Bakıya gələn Kərəm Bayra-mov APİ-nin çoğrafiya fakültəsinə qəbul olunub, oranı fərqlənmə diplomu ilə başa vurub.
Oxuduğu dövrdə təşkilatçılıq qabiliyyətini nəzərə alaraq onu orada saxlayıb, coğrafiya fakültəsinin komsomol komitəsinin kati-bi seçiblər. 1981-ci ildən 1986-cı ilə qədər APİ-nin komsomol ko-mi-təsinin katibi vəzifəsində çalışmış, rayon komsomol komi--tə-si-nin büro üzvü olmuşdur.
Kərəm Bayramov 1986–1990-cı illərdə Azərbaycan Dövlət Pe-da-qoji Universitetinin İqtisadi coğrafiya ka-fed-rasında elmi təd-qiqat işinə baş-la-mış, baş lobarant, müəllim, baş müəl-lim və dosent vəzifələrində ça-lışmış-dır. O, 1991-ci ildə Kiyev Döv-lət Uni-versitetində “Şəhərətrafı aqrar-səna-ye komplekslərinin səmərəli əra---zi təşkili problemləri” mövzu-sunda dis-ser-tasiya müdafiə edərək coğ-ra-fiya elmləri namizədi alimlik dərəcəsi almışdır.
K.Bayramov təxminən 400 sə-hi-fə-lik 20-dən çox dərs vəsaiti üçün me-todiki-tövsiyə xarakterli mə-qa-lə və dərs proqramı çap etdirmişdir. O cümlədən “Dünyanın iqtisadi və sosial coğrafiyasının tədrisinə dair”, “Mek-sikanın iqtisadi coğrafi təbiəti”, “And ölkələri”, “Dünyanın fiziki və iqtisadi xəritəsinin öyrənil-mə-sinə dair”, “Azər-baycan toponimikası” və s. dərs vəsaitləri və “Təbiətdən səmərəli istifadə etməklə şəhərətrafı aqrar-sənaye komplekslərinin təş-kili”, “Yeni iqtisadi şəraitdə aqrar müna-si-bət-lərin bəzi məsələləri”, “Bazar iqti-sa-diyyatı şəraitində şəhərətrafı ərazi is-tehsal münasibətlərinin təşkili problemləri” və s. kimi elmi məqalələrin müəllifidir.
Kərəm Bayramov Azərbaycan Dövlət Pedaqoji Universitetinin İqtisadi coğ-rafiya və coğrafiyanın tədrisi metodikası kafedrasının dosenti, dekan müa--vini vəzifəsində işləmişdir. Hazırda pedaqoji fəaliyyətini davam etdirir.
Evlidir, 6 övladı var. Qızı Aidə ali təhsillidir.


DİLARƏ MƏHƏMMƏD qızı İSAYEVA

1958-ci il aprelin 25-də indiki “Er-mə-nis--tan”ın Ləmbəli kəndində ana--dan olub. O, 1965-ci ildə həmin kən-din 2 say-lı orta məktəbinin birinci sin-finə ge-dib. Ermənilərin şıltaqlığına dö-zə bil-məyib, münasibəti pozmuş Mə-həmməd İsayev ailəsini Bakıya köçürməli olub. Di-larə 1970-ci ildən etibarən təhsilini Ba-kı şə-hərində 99 saylı orta məktəbdə da--vam etdirib.
1975-ci ildə M.V.Lomonosov adı-na Moskva Dövlət Univer-si-te-ti-nin Bio-logiya fakültəsinə daxil olmuş və universiteti müvəf-fə-qiyyətlə bitir-mişdir. Bakıya qa-yıt-mış və 1982-ci ildən Elmlər Aka-demiyasında əmək fəaliy-yətinə başlamışdır.
D.İsayevanın elmə və axtarışa ma-rağını nəzərə alaraq onu 1982-ci ildə SSRİ Elmlər Akademiyasının Moskva-dakı Bio-üzvi--kimya İnstitutuna göndərmişlər. Orada 2 illik elmi tək-milləşmə kursu keçmişdir. Ba-ca-rıq və həvəsini nəzərə alan müəl-lim-lərinin təklifi ilə Dilarə İsayeva 1984-cü ildə həmin institutun aspi-ran-turasında oxumuşdur.
Gənc aspirant öz üzərində gecəli-gündüzlü çalışmış, elmi rəhbərinin tapşırığı ilə müasir biologiyanın mole-kulyar biologiya problemləri ilə bağlı olan onlarca tədqiqat işi aparmış və elmi işin nəticələri barədə dəfələrlə Beynəlxalq simpoziumlarda məruzələr etmiş, onları elmi jurnallarda dərc etdirmişdir.
Bioüzvükimya İnstitutunda keçirilən gənc elmi işçilərin müsabiqəsində birinci diploma layiq görülmüşdür.
1993-cü ildə Rusiya Elmlər Akademiyasının Bioüzvikimya İnstitunda uğurla dissertasiya müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. Hazırda Azərbaycan MEA-da işləyir.
Ailəlidir, 2 qızı var.


SAHİB ƏHMƏD oğlu HÜSEYNOV

1961-ci ildə indiki “Ermənis-tan”ın Ləmbəli kəndində müəllim ailəsində doğulub. Ləmbəli kənd orta məktəbini 1978-ci ildə “əla” qiymətlərlə bitirib.
Həmin il Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuşdur. Təh-silini isə Rusiya Fede-rasi--yasının Saratov Tibb Universitetində 1986-cı ildə ta-mamlamışdır. O, 1986–1990-cı il-lər-də Saratov şəhərində həkim-cər-rah iş-ləyib.
Azərbaycanda baş vermiş vəziy-yət bir vətəndaş kimi Sahib Hüsey-no-vu da narahat etmişdir. O, 1990-cı ildə vətənə qayıdaraq Akademik M.Ə.Mirqasımov adına Respublika Kli-nik Xəstəxanasının cərrahiyyə şö-bə-sində işləməyə başlamışdır. Yük-sək ixtisaslı cərrah kimi kollektivin rəğbətini qazanaraq 1996-cı ildə səhiyyə naziri Əli İnsanovun əmri ilə həmin xəstəxanada baş həkimin cər-rahiyyə işləri üzrə müavini vəzifəsinə təyin olunmuşdur.
S.Hüseynov erməni işğalçılarının Azərbaycan torpağına təcavüzü döv-ründə dəfələrlə cəbhə bölgələrində: Şu-şada, Laçında, Zəngilanda, Qu-bad-lıda, Ağdamda, Füzulidə, Cəb-ra-yılda, Tərtərdə, Ağdərədə, Qazax-da olmuş, yüzlərlə yaralını həyata qay-tarmışdır. O, 1990-cı ildə İran İs-lam Respublikasında baş vermiş güclü zəlzələ zamanı Rəşt, Zəncan, Rud-bər, Lamisər, Tehran şəhərlərində həkim briqadasının tərki-bində zərər-çə-kənlərə yüksək tibbi yardım gös-tər--mişdir.
Sahib Hüseynov 1995-ci ildə tanınmış alim, professor Hidayət Bilal oğlu İsayevin rəhbərliyi altında “Aşağı ətrafların diabetik qanqrenalarının kompleks müalicəsi” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi almışdır.
S.Hüseynov 1999-cu ildə qardaş Türkiyə Cümhuriyyətində baş ver-miş zəlzələdən zərərçəkənlərə kömək etmək məq-sədilə dost ölkəyə ezam edilmişdir. Yalova şəhərində zəlzələdən zərərçəkənlərə ixtisaslı kömək göstərmişdir.
S.Hüseynov 40-dan çox elmi məqalənin, 2 monoqrafiyanın və bir po-vestin (atası Əhməd Hüseynovla) müəllifidir. Bir sıra Beynəlxalq jurnal-lar-da elmi əsərləri dərc edilmişdir. Hazırda doktorluq dissertasiyasını başa vurmaq üzrədir.
Ailəlidir, 2 övladı var.


QƏMBƏR BİNNƏT oğlu İNSANOV

1952-ci ildə indiki “Ermənistan”ın Ləmbəli kəndinin “Bdğavan” (Mey-və-li) sovxozunda anadan olub. O, 1959-cu ildə həmin kəndin ibtidai mək-tə-bi-nə getmiş, orta təhsilini isə Ləmbəli 2 saylı orta məktəbində ba-şa vur-muş-dur.
Məktəbdə istedadı və təşkilatçılıq qa-biliyyəti ilə seçilən Q.İnsanov 1969-cu ildə sənədlərini Azərbaycan Tibb İnstitutuna vermiş və müalicə-pro-fi-laktika fakültəsinə daxil olmuş-dur.
İnstitutda “5” qiymət yazmaqda çox “xəsislik” edən bir müəllimdən səbəbini soruşduqda o, düşünmədən cavab vermişdir ki, Qəmbər İnsa-nov olan yerdə başqa tələbələrə “əla” yazmaq insafdan deyil.
Q.İnsanov təhsil aldığı ATİ-ni 1975-ci ildə fərqlənmə diplomu ilə bi-tir--mişdir. O, təyinatla Gəncə şəhə-ri-nə göndərilmiş və bir saylı xəstə-xanada terapevt işləmişdir. 1996-cı ilə qədər burada çalışmış, sonra Bakıya köç-müş, Azərbaycan Tibb Uni-ver-si-te-ti-nin daxili xəstəliklər və reanimato-lo-giya kafedrasında assis-tent vəzifə-sin-də işləmişdir.
Qəmbər İnsanov 2000-ci ildə Kardiologiya İnstitutunda “Atrial natriyu-re-tik qranulaların fəaliyyətində tacdamarların spazma-sından asılı olaraq dəyişməsi və onun tənzimlənmə yolları” mövzusunda dissertasiya müda-fiə edib, tibb elmləri namizədi alimlik dərəcəsi almışdır.
Qəmbər Binnət oğlu İnsanov çoxlu sayda elmi məqalənin müəllifidir.
Qəmbər həm də çox istedadlı praktik həkimdir. Öz səmimiyyəti, inamlı ira-dəsi ilə ona müraciət edən bütün xəstələrin yaddaşında qalır. Onun sehrli əlləri minlərlə xəstənin ömrünə ömür calamışdır. Belə həkimlərsə çox az tapılır.
Ailəlidir, 3 övladı var.

TAHİR MUSA oğlu ŞƏRİFOV

1962-ci il may ayının 28-də indiki “Ermənistan”ın Ləmbəli (indiki Baq-ra---taşen) kəndində anadan olub. 1979-cu ildə Ləmbəli 2 saylı orta məktəbini “əla” qiymətlərlə bitirib.
2 il istehsalatda çalışıb, Sovet Or-dusu sıralarında xidmət etdikdən son-ra, 1983-cü ildə N.Nərimanov adı--na ATİ-nin I müalicə-profilaktika fakül-təsinə daxil olub. 1989-cu ildə oranı fərqlənmə diplomu ilə biti-rərək, həkim-terapevt ixtisasına yiyə--lənib. 1989-cu illərdə Bakı şə-həri TTYŞ-də həkim işləyib. 1994-cü ildə ATU-nun “Daxili xəstə-liklər” kafedrasına assistent və-zi-fəsinə seçilib. 1999-cu ildən F.Əfən-diyev adına 4 saylı ŞKX-da baş hə-kimin müalicə işləri üzrə müavini vəzifəsində çalışır.
2002-ci ildə “Xroniki obstruktiv bronxitli xəstələrin müali-cəsində plaz-ma-fe-rezin tətbiqi” mövzusunda na-mizədlik disser-tasiyası müdafiə etmiş-dir. 15 elmi məqaləsi və praktik töv-siyələri var.
Evlidir. İki övlad atasıdır.

***

YARADICI ZİYALILAR

Qələm qılıncdan itidir.
Atalar sözü

VƏLİ LƏMBƏLİ

Vəli Ləmbəli (Vəli Qoca oğlu Seyi--dov) Ləmbəlidə qədim tayfa-lar-dan sayı-lan Seyidallıq nəslindəndir. Qar-daşı Nəbi, əmisi oğlanları Se-yid, Os-man, Koxa, Alı, Musa, Mu-rad, bacıları Pəri, Nigar, Şəhniyar nəslin son dövr-lərə kimi yaşayan ağsaqqal və ağbirçəkləri olmuşlar. Onların ba-ba-ları Seyid Alı, oğ-lanları Vəli, Alı, Molla Hüseynqulu nəslin keçmiş ağsaq-qalları olublar.
Vəli Ləmbəli 1927-ci ildə Ləmbəlidə doğul-muş-dur. İbtidai və orta təhsilini Ləmbəli orta məktəbində almış, 1947-ci ildə İrəvan Pedaqoji Texnikumunu, 1950-ci ildə ikillik Qazax Dövlət Müəllimlər İnstitutunu, həmçinn 1968-ci ildə keçmiş Lenin adına APİ-ni qiyabi bitirmişdir. 1957-ci ildə qonşu Körpülü kəndindən Dəmirçili Nəsibin kiçik qızı Tamara ilə ailə həyatı qurmuşdur. İki oğlu, üç qızı vardır. Övladlarının hamısı – Çərkəz, Raqub, Nazilə, Alidə, Kəmalə ali təhsil almışdır.
Hələ orta məktəbdə və tələbəykən kiçik şerlər yazırdı. Yuqoslaviyada partizan hərəkatında qərargah rəisi olmuş Cavad Həkimli ilə birlikdə yazdığı “İntiqam” sənədli povesti onun ilk bədii əsəri olmuşdur. Əsər 1963-cü ildə İrəvanda çap edilmişdir. Povestdə əfsanəvi partizan Mehdi Hüseynzadənin qəhrəman-lığından bəhs olunur.
1974-cü ildə “Ədalət” romanı İrəvanda nəşr edilib. Əsərdə sovet döv-ründə kənd həyatından, sovxozda baş aqronomla direktor arasında ge-dən münaqişədən və nəhayət, ədalətin zəfər çalmasından söhbət açılır.
1987-ci ildə “Haqq harayları” povest və hekayələr kitabı Azərnəşrdə, həmin ili “Qanlı düyünçə” romanının siqnal variantı isə İrəvanda nəşr olun--muşdur.
1986-cı ildə SSRİ Yazıçılar Birliyinə üzv qəbul edilmişdir. 1997-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvü idi.
1995-ci ildə Bəkir Əbdürrəhmanovla birlikdə yazdığı “Ləmbəli fər-ya-dı” əsəri Azərnəşrdə çap olunmuşdur. Əsərdə ləmbəlilərin keçmiş tarixindən və 1988-ci ildə ermənilərin təcavüzündən bəhs edilir.
1999-cu ildə “Yurd” nəşriyyatında Qaçaq Kərəmlə İsrafil ağa arasında olan ədavətə həsr olunmuş “Dağlarda kişnərti” romanı çapdan çıxmış-dır. Romanın qeydlərini 1974-cü ildə Qaçaq Kərəmin doğma qızı 82 yaşlı Bahar anadan, kürəkəni Əsgər Mahmudovdan, İsrafil ağanın dəmirçisi olan Dəmirçi Hüseyndən, ömrünü 40 il İranda keçirmiş bir nəfər qoca-dan, bir sıra ağsaqqallardan, gürcü, rus və erməni mənbələrindən götür-müşdür. Əsər yeni, orijinal, maraqlı, necə deyərlər, gün görməmiş, eşidilməmiş epizodlardan ibarətdir.
“Ləlvər” adlı əsəri isə 2002-ci ildə “Yurd” nəşriyyatında çapdan çıx-mışdır. Əsərdə müəllifin gənclik dövründən son dövrlərə kimi yazdığı şer-ləri və xalq qəhrəmanı Kərəmə həsr etdiyi “Qaçaq Kərəm” pyesi öz əksini tapmışdır. Şerlərinin əksəriyyətində müasir dövrün acı həqi-qət-lərindən bəhs olunur. Amansız fələk sağlığında müəllifə bu kitabın nəşrini görməyə imkan vermədi. Həyatındakı bir çox faciələrdən sonra onun qəlbi 31 mart 2001-ci ildə əbədi olaraq dayandı. O getdi, ancaq özündən sonra izi qaldı, sözü qaldı.


İnsanlar da dəstə-dəstə köçürlər,
Bülbül olub çəmənzardan uçurlar.
Acı-şirin şərbətləri içirlər,
Doymayıb gedirlər, bil, salamat qal!

Ləmbəli Vəli də deyir zamanlar
Çox bəd keçir son dəqiqə, son anlar.
Mən ölsəm də, qoy var olsun cavanlar,
Mahal, salamat qal, el, salamat qal!

Allah Vəli müəllimə qəni-qəni rəhmət eləsin.

MƏMMƏD SÜLEYMAN oğlu MƏMMƏDOV
(“O xatirələr, bu xatirələr”)

Öz ilham mənbəyini indi Ermə-nistan deyilənin dilbər güşəsi olan qədim Ləmbəlidən götürən Məmməd Məmmədov, Məmməd Süley-man-oğlu... və nəhayət, Məmməd Süley-man... imzalı bir həkim-jurnalist artıq 40 ilə yaxındır ki, rəngarəng və ibrə-tamiz bir yaradıcılıq yolu keçib gəlir.
“Həkim-jurnalist” ifadəsi sizi tə-əc-cüb-ləndirməsin. Məmməd müəl-lim həqiqətən əlində hər iki ixtisas üzrə ali təhsil diplomu olan həm professional həkim, həm də professional jurnalistdir.
Mənim yaxşı yadımdadır. Biz hələ orta məktəbdə oxuyarkən o, yay aylarında, tətil vaxtlarında kəndimizə gələrdi. Onda rəhmətlik anası Cəva-hir xalanın qonaq-qarasının ardı-arası kəsilməzdi. Gələnlərin də əksəriyyəti kəndin ondan qat-qat yaşlı ağsaqqal kişiləri, ziyalıları olardı. Onlar öz azar-bezarlarını, problemlərini bir loğman kimi Məmmədlə ürək-dən bölüşərdilər. İndi istənilən ləmbəlidən soruşsanız, yekdilliklə təsdiq edər ki, o zamankı əliəyri, millətçi erməni partiya-sovet, təsərrüfat rəh-bər-ləri Məmmədin adı gələndə zağ-zağ əsər, özlərini yığışdırardılar. O, öz ədalətli yazıları ilə bütün elin dərin rəğbətini qazanmışdı. Bizim nəsil ona qibtə ilə baxırdı.
Onun ilk qələm məhsullarını “Sovet Ermənistanı”, “Sovet Gürcüstanı”, “Axali Marneuli”, “Siasan” (“Göyqurşağı”), “Kom-munizmi hamar” (Kom-mu--nizmin uğrunda), “Stalin yolu”, “Al bay-raq” və s. qəzetlərdə görmüş-dük.
Məmmədin bu yaradıcılıq işi sonralar onu o zamankı ADU-nun jur-na-listika fakültəsinə gətirib çıxardı. Paralel olaraq Tibb İnstitutunun “Tibb kadrları uğrunda” qəzetində əməkdaşlıq etdi.
Onun Rizvan Cavadovla birlikdə yazdığı “Qadın zəkası” adlı ilk kitabı 1975-ci ildə işıq üzü gördü. Kitabda Azərbaycanın 50 alim-professor qa-dınının həyat və yaradıcılığından bəhs edən oçerklər verilmişdir. Onun ar-dınca 1979-cu ildə Azərnəşrdə mənim redaktəmdə Əhməd Abbas-qu-li-yev-lə birlikdə “Alkoqolizmin tibbi-sosial aspektləri” elmi-kütləvi kitabı çap--dan çıxdı və böyük uğur qazandı. Məmmədin “Ömrünüzü qısalt-ma-yın” (Azər-nəşr, 1984), “Ömürlər uğrunda ömür” (“Gənclik”, 1980), “Xe-yir--xah-lı-ğa tələsin” (“Yazıçı”, 1982), “And içirəm” (Azərnəşr, 1987), “Niza-mi və təba-bət” (“Təbib”, 1998) kitabları ona bir jurnalist-publisist kimi geniş nüfuz qazandırdı.
Məmmədin yazdıqlarına 60-80-ci illərdə “Azərbaycan gəncləri”, “Sovet kəndi”, “Kommunist”, “Bakinski raboçi”, “Vışka” qəzet-lərində, “Elm və həyat”, “Müxbir”, “Azərbaycan”, “Literaturnıy Azerbaydjan” jurnal-la-rın-da və s. müntəzəm rast gəlirik. Belə yazılar yüzlərlə idi.
Budur, Məmməd müəllim “Qalacaqlar dünyada” adlı yeni növbəti sənədli povesti ilə öz oxucularının görüşünə gəlib.
120 səhifəlik bu povesti mən sözün həqiqi mənasında birnəfəsə oxudum. Ümumiyyətlə, yeri gəlmişkən etiraf edim ki, mən Məmmədin bü-tün əsərlərini həmişə birnəfəsə oxumuşam. Bunu onun qələminin, sənət-karlığının danılmaz möcüzəsi hesab edirəm. Kitab XX əsr təbabətimizin loğmanı, səhiyyəmizin patriarxı, məşhur akademik Mustafa bəy Topçu-ba-şovun Səməd Vurğun, Üzeyir bəy Hacıbəyov, Əziz Əliyev, Yusif Məm-mədəliyev, Müslüm Maqomayev (ata) və Bülbül haqda şirin, çoxlarının eşitmədiyi xatirələri əsasında yazılmışdır.
Əsəri mübaliğəsiz olaraq xalqımızın XX əsrdə yetirdiyi yeddi düha – yeddi dahi haqqında dastan da adlandırmaq olar.
Onu qeyd edim ki, Məmmədin akademik Mustafa Topçuba-şovun həyat və fəaliyyətindən bəhs edən “And içirəm”, onun oğlu tibb elmləri doktoru, professor İbrahim Topçubaşovun həyatına həsr olunmuş “Ömür-lər uğrunda ömür” və “Qalacaqlar dünyada” xatirələr kitablarının üçünü birlikdə cəsarətlə kamil publisistik trilogiya adlandırmaq olar. Bu isə jurnalistikamızda təqdirəlayiq ilk yeni addımdır.
Məmmədin publisistikasının müsbət məziyyətləri çoxdur. Mən yeniyetmə jurnalistlərə onun yaradıcılığından öyrənməyi, sənət-karlığının ona məxsus incəliklərindən bəhrələnməyi məsləhət görərdim.
P.S. Məmməd Süleymanoğlu hazırda Azərbaycan Təbabəti Mu-ze-yi-nin direktoru işləyir və eyni zamanda pedaqoji fəaliyyətini da-vam etdirir.
Həyat yoldaşı Səmayə xanım tibb elmləri namizədidir. Tibb Universitetinin dosentidir.
Övladlarının hamısı ali təhsillidir.

LƏMBƏLİ

Babaların hüzün-həsrət məkanı,
“Haqq dünyası” – həyatımdı Ləmbəli.
Qəlbim ona nalə köklü sarı sim,
Dil yandıran bayatımdı Ləmbəli.

O, yumaqdı, mən iplikdim, sapıydım,
O, imarət, mən pəncərə, qapıydım…
O, qılıncdı, mən dəstəkdim, sapydım,
Sınan qolum-qanadımdı Ləmbəli.

Ləzizlikdə sözə gəlməz dadı var,
İgidlikdə, qoçaqlıqda adı var…
Sıxan olsa, topağından qan damar,
Dost-düşmənə heyrətimdi Ləmbəli.

“O nə pələng, o nə mələk, nə çiçək”,
O, dustaqdı, o tapdaqdı bir eltək…
Qəsbkara od püskürən bir ürək,
Dəyanətim, kin-küdrətim Ləmbəli.

Necə yazım, necə yozum bu adı?..
Ürəyimdə düyün tutub fəryadı…
Piltəsinə yağ olduğum ləmpədi –
Elim-obam, soy adımdı Ləmbəli.

BİLAL ƏNSƏR
(BİLAL ƏHMƏD oğlu ƏNSƏROV)

("Ləmbəlinin ilk şair oğlu")

Təxminən 70-ci illərin bir söhbə-tini indi xatırlamalı oluram. O zaman mən universitetin jurnalistika fakül-tə-sində oxuyurdum. Bir dəfə Bilal müəl---lim gi-ley-ləndi ki, belə də əda-lət-siz-lik olar-mı? Bu Ermənistan viran-xanada ba-laca bir kitabçamı çap elət--dirə bil-mirəm. Hər dəfə də başı-ma bir kələk açırlar.
Düzü, bu gileyi o qədər də ciddi qəbul etməyib, zarafatla dedim:
– Fikir etmə, ay mamaoğlu, belə getsə, deyəsən, Allah qoysa, elə sənin ilk kitabının ilk redaktoru özüm olacağam.
Bəli, zaman keçdi, illər ötdü, ellər yerindən köçdü, bir vaxtlar zarafatla deyilən söz gəlib yerinə çatdı. Onun “Dünyaya gəlmişəm ki...” adlı ilk kitabı 1994-cü ildə Bakıda işıq üzü gördü. Doğrudan da, redaktoru mən oldum. Vallah, buna da min şükür! Qoy zəmanə özü üzünün qaralığından xəcalət çəksin. Yoxsa təxminən 40 il əvvəl şer dünyasına “Telefonçu qız” (“Sovet Ermənistanı” qəzeti) şeri ilə gələn, daha yaşı az qala 70-i haqlayan Bilal müəllim gərək onda ilk kitabını deyil, bəlkə də bircildlik “Seçilmiş əsərləri”ni çap elətdirəydi. O, həm publisistik, həm də poetik yazıları ilə o zaman hər üç Zaqafqaziya respublikasında vaxtaşırı çıxış edirdi. “Sovet Ermənistanı” qəzetinin ştatdankənar müxbiri idi. Yazı-pozu ilə bağlı onunla birlikdə İrəvanda, Tiflisdə dərnəklərə, redaksiyalara get-mişik. Tbilisidə fəaliy-yət göstərən “Çeşmə” ədəbi birliyinin fəal iştirakçısı idi.
Onun tərcümeyi-halını əzbər bilirəm. Əgər obrazlı demiş olsam, elə yaradıcılığı tərcümeyi-halı deməkdir.
O, 1935-ci il fevralın 10-da “Ermənistan” deyilən Qədim Oğuz yur-dunun axar-baxarlı Ləmbəli kəndində dünyaya göz açıb. Müharibədən xəstə qayıdan atası Əhməd kişi 1943-cü ildə dünyasını dəyişib. Böyükləri Bilal olan 4 körpə uşaq rəhmətlik bibim Hilalın himayəsində qalıb. Aclıq illərində tərpətöyün, jımıx yeyə-yeyə bir zillətlə böyüyən uşaqlar təh-sillərindən qalmadılar. Bilal həm oxuyur, həm də tətil vaxtları sov-xozda əlləşib, başsız ailəyə qəpik-quruş qazanırdı. Orta məktəbi 1954-cü ildə bitirdi. Hərbi xidmətə çağırıldı. Latviyada hərbi aviasiya hissələrindən birində xidmət etdi. Tərxis olunduqdan sonra doğma kəndlərinə qayıdıb fəhləlik etdi. Hazırlaşıb ADU-nun qiyabi şöbəsinə qəbul olundu. Sonralar irəli çəkildi, bağçılıq briqadiri oldu. SSRi XTNS-ə göndərildi.
O, 1963-cü ildən müəllimlik fəaliyyətinə keçib, Quruçayda ibtidai məktəbdə dərs dedi, 2 saylı Ləmbəli kənd orta məktəbində əvvəl tərbiyə, sonra isə tədris işləri üzrə direktor müavini işlədi. Düz 26 il beləcə keçdi. Və nəhayət, keçmiş SSRi üçün tarixin qara – 1988-ci ili gəlib çatdı. İmperiyanın canı Dağlıq Qarabağdan çat aldı. Dünya çalxalandı. İmpe-riyanın əl tulası olan ermənilər bütün türkləri (azəriləri) güclə doğma torpaqlardan çıxartdılar. (Belə bir faciəvi oyun 40 il əvvəl – 1948-ci ildə də baş vermişdi. Lakin o zamanlar Ləmbəli camaatı sürgün olunduqları Göyçədən tezliklə geri qayıtmışdılar). Bilalın ailəsi də əvvəl-əvvəl Gürcüstanın Sadaxlı kəndində, sonra Oğuzda məskunlaşdı. Daha sonra köçüb Bakıya gəldi. Mətbəədə işlədi. Qaçqınların “Vətən səsi” qəzeti fəaliyyətə başlayanda isə oraya müxbir düzəldi və indiyədək də orada uğurla çalışır.
Çox qısa bir müddətdə xeyli doğmasını itirən Bilal müəllimin bu qısa tərcümeyi-halının izlərini siz onun poetik misralarında tez-tez görə bilərsiniz. Görə bilərsiniz ki, Ləmbəli necə gözəl bir yurd olub, Təvətey (Debed) çayı necə zümzüməli, Ləlvər, Babakər dağları necə əzəmətli, Cadırğan düzü, Muşul meşələri, Heyvalı necə də barlı-bərəkətli olub.
Siz görə bilərsiniz ki, Ləmbəlinin nə qədər tarixi abidələri, qədim adətləri, istedadlı sənətkarları var. Öz azadlığı uğrunda illərdən bəri silaha sarılmış xalqımızın neçə-neçə igid balası ölümü öldürə-öldürə əbədiyyətə qovuşmuşdur.
Bilal müəllimin mövzu coğrafiyası xeyli genişdir. O, ürəyinin şah damarından keçməyən, onu tutmayan, onu təsirləndirməyən mövzuları qələmə almağı sevmir. Şerlərində həmişə bir aydınlıq, səlistlik duyulur.
Xüsusilə yaxşı haldır ki, o, hər bir yazısı ilə nə isə yeni bir fikir, yeni bir söz deməyə çalışır. Və əsasən də buna nail ola bilir.
Əgər təsadüfən ləmbəlilərin məclislərindən birində müğənnilərin oynaq ritmlə oxuduqları, bizim tərəflərdə populyar “Ləmbəlim” mah-nı-sına rast gəlsəniz, onda bilin ki, həmin mahnının sözləri Bilal Ənsərindir.
Sonralar onun Səfalı Nəzərli ilə birlikdə “Qiyamətə qal-mayan qisas” və “Alo, Ləmbəli” kitabları da işıq üzü gördü. Bu kitablar bütün ləmbəli camaatına hədiyyə edildi.
Daha bir kitabı 2003-cü ildə İstanbulda “Tek yapraq” adı ilə nəşr olunmuşdur.
Bilal Ənsər Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Bilal müəllim, sözün həqiqi mənasında, Ləmbəli elinin canlı ensiklo-pediyasıdır. O, hələ on illər bundan əvvəl öz doğma kən-di-nin salnaməsini damcı-damcı yığıb-yığışdırırdı. Elə bil ürəyinə dammışdı ki, qabaqdan dəhşətli qara günlər gələcəkdir. Ömrümüzə qaçqınlıq yazılacaqdır. İndi Sizin əlinizdə tutduğunuz bu sanballı kitabın ərsəyə gəlməsində Bilal müəllimin fədakar əməyini xüsusilə qeyd edərək ona çox dərin minnətdarlığımızı bildirirəm.
P.S. Oğlu Vəfalı Ənsər İstanbul Universitetinin jurnalistika fakültəsini bitirib. Hazırda orada doktoranturada oxuyur, alim olmaq üçün elmi araşdırmalar aparır. Türkiyə radiosunda müstəqil verilişləri ilə böyük nüfuz qazanıb. Onu gözəl gələcək gözləyir.
Oğlu Telman Kiyev Sahibkarlıq, Hüquq və Reklam İnstitutunun tələbəsidir.
Xaliq və Fatmanın anası olan qızı Sərəngül Pedaqoji Universiteti bitirib, riyaziyyat müəlliməsidir. Şəlalə isə Pedaqoji Universitetin IV kurs tələbəsidir.

SÖNMƏK İSTƏRƏM

Düz əlli il Ləmbəlidə olmuşam,
Çəpər aşıb, bağ-bostan da yolmuşam,
Saç ağardıb, indi yaşa dolmuşam.
Harda qaldı, Allah, əziz günlərim,
Qalmağallı, şirin, ləziz günlərim?..

Gün enəndə dərələrin qoynuna,
Başlayardıq “sülük-sülük” oynuna,
Dolanardıq dərələrin boynuna,
Sənəm nənəm şirin nağıl deyərdi,
Gah Cırtdanı, gah Ağ atı öyərdi.

Tonam coşub, heyran olub baxmışam,
Bəzən düşüb burulğana axmışam,
Dincəlməyə qum üstünə çıxmışam,
Daş-kəsəklər yaralayıb dizimi,
Qismət ola, orda görəm izimi.

Su içmişəm bulaqların gözündən,
Doymamışam söhbətindən, sözündən,
Qarabulaq, bir də öpəm üzündən,
Nə müddətdir yurdum üçün yanıram,
Göyçalımı, Yeldağımı anıram.

Hərdən günəş səmadan qor ələrdi,
Çadırğanda qoyun-quzu mələrdi,
Bu fəlakət heç ağıla gələrdi?
Yetim qaldı elim-obam, ay Allah!
Tüstülənmir orda sobam, ay Allah!

Qəlb açardı bol məhsullu bağça-bağ,
Gecələri bərq vurardı çil-çıraq,
Doyardımı sənin hüsnündən qonaq?
Könülaçan gül camalın var idi,
Ana qoynun isti, laləzar idi.

Alma, armud sındırardı budağı,
Açılardı badam, püstə dodağı,
Qızarardı şaftalının yanağı,
Meynələri cana qüvvət verərdi,
Ənciri, əriyi bala dönərdi.

İsti idi mənə hər bir bucağı,
İndi sönüb onun odu, ocağı,
Cəhənnəmə dönüb cənnət qucağı,
Yenə, vallah, ora dönmək istərəm,
Çıraq kimi orda sönmək istərəm.

Bakı, 12 iyul 2002


ƏHMƏD MƏHƏMMƏD oğlu HÜSEYNOV

1933-cü ildə Ləmbəli kəndində ana-dan olub. O, doğma kənddə na-ta-mam orta təhsil almışdır (1942–1949).
Ailələri 1949-cu il deportasiyasına məruz qalaraq Göyçə mahalına sür-gün edilmişdir. Sürgündən qayıdan Əhməd Hüseynov orta təhsilini ta-mam-layıb, 1953-cü ildə sənədlərini Gəncədə Həsən bəy Zərdabi adına Pedaqoji İnstitutun Azərbaycan dili və ədəbiyyatı fakültəsinə vermiş, 1957-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir.
Həmin ildə doğma kəndə qayıdıb və Ləmbəli kənd orta məktəbində müəllim işləməyə başlayıb. Ta 1988-ci ilə kimi burada fəaliyyətini davam etdirmişdir.
Əhməd müəllimin keçmiş şagirdi naşir-jurnalist Səfalı Nəzərli öz se-vim-li müəllimi barədə yazır: “Əhməd müəllim bizə əsasən öz ixtisası üzrə ədəbiyyatdan və həm də coğrafiya-dan dərs deyirdi. O, bizim üçün elə şərait və mühit yaratmışdı ki, biz onun dərslərinə bayrama gələn kimi gəlirdik, özü də hazırlıqlı.
...Bizim sinfin şagirdləri məktəb üzrə keçirilən bütün mədəni və kütləvi tədbirlərdə, təhsildə qabaqda gedirdi. Əhməd müəllim canından keçirdi ki, rəhbərlik etdiyi sinif iynənin ucu qədər də olsa zəifləməsin.
...Əhməd müəllimin rəhbərlik etdiyi ədəbiyyat dərnəyindən çıxmış şagirdlər, “Ədəbiyyat” divar qəzetində fəallıq göstərənlərdən bir çoxu sonralar bütün respublikamızın tanıdığı püxtələşmiş qələm sahibləri oldular”.
İkinci dəfə deportasiyaya məruz qalan Əhməd Hüseynov 1988-ci ilin noyabrında dədə-baba yurdlarından silah gücünə qovulub və gəlib Bakıda məskunlaşıb. 151 saylı məktəbdə müəllimlik fəaliyyətini davam etdirib. 10 il bu məktəbdə işlədikdən sonra təqaüdə çıxıb.
Əhməd müəllim hələ keçən əsrin 60-cı illərindən qələmə almağa başladığı bir əsərini oğlu Sahiblə birlikdə nəhayət ki, 1999-cu ildə çap etdirdi. Onun “Borçalıda qalan izlər” adlı povesti və hekayələr kitabı işıq üzü gördü. Yeni bir povest üzərində işləyir.
İki oğlu, iki qızı var. Dördü də ali tibb təhsili almışdır.


SƏFALI AVDAL oğlu NƏZƏRLİ

Rəsmi sənəddə 1949-cu il yan-varın 31-də, əslində isə 1948-ci il dekabrın 14-də indiki “Ermənis-tan”ın Ləmbəli kən-dində arabaçı ailəsində doğulub. 7 övladın bö-yüyü olub.
Orta məktəbi bitirib, 2 il zavod-da fəhlə işləyib, 2 il hərbi xid-mətdə olub. Ordudan zabit kimi tərxis olunub. 1975-ci ildə Azər-baycan Döv-lət Uni-ver-sitetinin jur-na-listika fa-kül--təsini Fərqlənmə diplomu ilə bitirib.
1974-cü ildə Urkaynanın Lvov şəhərində Ümumittifaq tələbə elmi konfransında “Ukrayna kitabı Azərbaycanda” mövzusunda elmi məruzə ilə çıxış edib.
1975-81-ci illərdə Azərnəşrdə (Azərbaycan Dövlət Nəşriyyatında) korrektor, bədii ədəbiyyat, elmi-kütləvi və tibb ədəbiyyatı redaksiya-la-rında redaktor iş-lə-yib. Az.KP MK-nın Marksizm-Leninizm Universitetini Fərqlənmə diplomu ilə, Moskva Poliqrafiya İnstitutunun kurslarını «əla» qiymətlərlə bitirib.
1981-83-cü illərdə Azərkitabın – Respublika Kitab Ticarəti Birliyi-nin rəis müavini, rəisi olub. Sonra 10 il “İşıq” nəşriyyatında Baş redaktor, direktor vəzi-fələrində çalışıb.
1993-2000-ci illərdə respublikada ilk Azərbaycan–Türkiyə birgə müəs-sisəsi olan “Göytürk” nəşriyyatında Baş redaktor - direktor müavini vəzifəsində çalışıb. Paralel olaraq, “Yeni əsr” qəzetinin ilk Baş redaktoru olub, “Vahid” qəzetində müxbir işləyib.
Hazırda Azərbaycan Atatürk Mərkəzinin Baş redaktorudur. Mərkəzin rüblük nəşri olan “Bülleten”in məsul katibidir.
1970-1990-cı illərdə Sov.İKP sıralarında olub. Dünyanın 12 ölkəsinə rəsmi və turist səfərlərinə gedib. Ümumdünya Türk xalqlarının VI və VII qurultaylarında iştirak və çıxış edib.
1999-cu ildə müqəddəs Məkkə və Mədinə şəhərlərində Həcc ziyarətində olub.
1979-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
On iki kitabın, Azərbaycan, rus, türk, Ukrayna və erməni dillərində yüz-lərlə publisistik yazının müəllifidir. Redaktə etdiyi “Al bayraqlı respub-likam mənim" adlı publisistik kitab “Ən yaxşı redaktəyə görə” Ümum-it-tifaq müsabiqəsində mükafat alıb.
Respublika “Qızıl Qələm” mükafatı laureatıdır. “Klassik naşir”, “Bütöv-lük”, “Zamanın nəfəsi-yazıçının səsi”, “Mənim böyük dos-tum”, “Ləmbəlinin şair oğlu” və s. portret oçerkləri rəğbətlə qarşı-lanıb.
“Əsgəri rəşadətə görə” medalı, “Əla təhsilə görə” döş nişanı ilə və Fəxri fərmanlarla təltif edilib.
Ailəlidir. 3 övladı var.
Qızı Ahəstə (Aytən) tibb təhsili alıb, işləyir.
Oğlu Altun Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. I dərəcəli güləşçidir.
Avesta şagirddir.
Səfalının kiçik bacısı Tamella Nəzərova və böyük bacısının qızı Təzəgül Nəzərova ali təhsilli jurnalistdirlər. Birincisi “Gənclik” nəşriy-ya-tında redaktordur, o birisi isə Azərbaycan radiosunun əməkdaşıdır.

SƏFALI NƏZƏRLİNİN DEDİKLƏRİ
VƏ YAZDIQLARINDAN

1. Hər şey bahalaşdıqca insan həyatı ucuzlaşır.
2. Kim Azərbaycanın müstəqilliyini görmürsə o, kordur. Kim də görmək istəmirsə, o, Azərbaycanın düşmənidir.
3. Pulun varsa ye, yoxsa o səni yeyəcək.
4. Çalış qocalığına bir az cavanlıq saxlayasan.
5. Gizli ehtiyatı olmayan kişi ailə dolandıra bilməz.
6. Kim sazı sevmirsə, onun türklüyünə şübhəm var.
7. Redaktəyə qədər müəllif mənim Allahımdır, redaktədən sonra mən müəllifin Allahıyam.
8. Prezident xalqa seçkiqabağı 5-cə gün yalvarır, sonra isə xalq prezidentə düz 5 il yalvarmalı olur.
9. Tündlük düzlüyün balasıdır.
10. Doğma ana dilində kəkələyən dövlət məmurunun millətə dəxli yoxdur.
11. Ölkənə böyüklük eləmək istəyirsənsə, xalqına kiçiklik elə.
12. İsti ürəklə sev, soyuq başla evlən.
13. Klinton ona görə böyük prezident hesab olunur ki, Amerika kimi böyük bir dövlətin başında durur. Azərbaycan ona görə böyük ölkə hesab olunur ki, onun başında Heydər Əliyev kimi qüdrətli şəxsiyyət durur.
14. Yaxşı şair gözəl publisist ola bilər, yaxşı publisist isə gözəl şair ola bilməz.
15. “Söz+Əməl=Bütövlük” mənim düsturumdur.
16. Qadının dişi görünməz, işi görünər.
17. Qadının dilindən kəsib əlinə calayasan.
18. Bütün eybəcərlikləri ilə Azərbaycan mənim doğma, sevimli Vətənimdir.


LƏMBƏLİM

Ləmbəlim, Ləlvərim, Çubuqlum mənim,
Günəşlim, Gəzdəyim, Çıraxlım mənim,
Hardasan, ay anam – Baraxlım mənim?
Mən sizi unutsam, lal olar dilim,
Gözlə məni, gözlə məni, Ləmbəlim!

Mustafa, Binnəttək igid zatım var,
Altımda yəhərli dəli atım var,
Gəlirəm, sizlərə hesabatım var,
Gərək göz yaşını mən özüm silim,
Gözlə məni, gözlə məni, Ləmbəlim!

Düşmənin belini sındıracam mən,
Yumruğmun dadını qandıracam mən,
Sönmüş çırağımı yandıracam mən,
Gülsün Mağazalım, Çadırğan çölüm,
Gözlə məni, gözlə məni, Ləmbəlim!

Şimşək kimi görünərək gələcəm,
Dizin-dizin sürünərək gələcəm.
Ağ kəfənə bürünərək gələcəm,
Gələcəm ki, qucağında mən ölüm,
Gözlə məni, gözlə məni, Ləmbəlim!

Yay, 2004

MİRZƏ MƏSİM oğlu ƏNSƏRLİ

1959-cu ildə indiki “Ermənis-tan”ın Noyemberyan (keçmiş Ba-rana) rayo-nun-dakı Ləmbəli (indiki Baqrataşen) kəndində anadan olub.
Mirzə Ənsərli 1977-ci ildə kənd orta məktəbini bitirmişdir. O, Azər-baycan Dövlət Universitetinin kitab-xa-naçılıq fakültəsini 1987-ci ildə başa vurmuşdur. 1997-ci ildə Azər-bay-can MEA Milli Münasibətlər İnsti-tutunun Asiya və Afrika ölkələri ədəbiyyatı ixtisas üzrə qiyabi aspi-ranturada oxumuşdur. Mətbuat-da çox vaxt “Ləmbəli” imzası iə çıxış edir.
Yeddi kitab və kitabçanın ("Gəncəli professor Əhməd Cəfə-roğlu". Bakı, 1996, "Mühacirət tarixindən yarpaqlar (Türkiyədə yaşamış məşhur tatar-başqırd mühacirləri)", Bakı, 1997; "Prof. Dr. Əhməd Zəki Vəlidi Toqan", Bakı, 1997; "Cəfər Seyidəhməd Krimər", Bakı, 1997; "Şərq kitabxanaları tarixindən (XV–XVIII əsrlərdə Osmanlı İmperiyasında kitabxanalar", Bakı, 1998; "ABŞ Konqres kitabxanası", Bakı, 1998), onlarla elmi, elmi-publisistik məqalənin müəllifidir. Beş kitabı və kitabçanı tərtib edib çap etdirmişdir ("Nağı Şeyxzamanlının xatirələri", Bakı, 1997, "Türkiyə masonları tarixindən (XVIII əsr – XX əsrin birinci yarısı)", Bakı, 1999; M.Fuad Köprülü, "Azəri", Bakı, 2000; "Dildə, Fikirdə, İşdə Birlik (İsmayıl bəy Qaspıralı – 1851–1914)" Bakı, “Qartal”, 2002; Prof. Dr. Nadir Dövlət. Rusiya Türklərinin milli mübarizə tarixi (1905–1915), Bakı, “Ağrıdağ”, 2002).
1994-cü ildən Azərbaycan Jurna-listlər Birliyinin, 1999-cu ildən isə Azər-baycan Yazıçılar Birliyinin üz-vüdür. Hazırda o, Azərbaycan MEA-nın Şərqşünaslıq İnstitutunun elmi işçisidir. 2001-ci ildən Diaspor və Lobbi Elmi Araşdırmalar Mərkəzinin təsisçisi və prezidentidir.
Hazırda o, Türk-İslam dünyasının tarixi, siya-si, iqtisadi və mədəni in-ki-şafı, müha-cirət, diaspor və lobbi; dün-ya kitab-xanalarının inkişaf yolu və müasir vəziyyəti; beynəlxalq təsirə malik təşkilat və cəmiyyətlərin tarixi və fəaliyyəti problemlərini araşdırır.
Ailəlidir: bir oğlu, bir qızı var.

NƏRZADƏ MAHMUD oğlu ƏNSƏROV

1946-cı ildə “Ermənistan”ın No-yem-beryan rayonundakı Ləmbəli (in-diki Baqra-taşen) kəndində anadan olub. 1963-cü ildə orta məktəbi müvəf-fəqiy-yətlə bitirib. Həmin ildə də Rusiyanın Lo--mo-nosov (indiki Ore-nen-baum) şə-hərində əsgəri xidmət keçib.
Hələ orta məktəbdə ikən gözəl rəssamlıq qabiliyyətinə malik oldu-ğundan, hərbi hissədə də özünü belə tanıtmışdır. Onda bu sahəyə həvəs yaradan qonşu Körpülüdən heykəltaraş Rəhimlilərin Nəsib olmuşdur. Hələ keçən əsrin 70-ci illərində o, 100-dən artıq portret tablosunu doğma məktəbinə hədiyyə vermişdi. Hissə komandirinin təşəb-büsü ilə Leninqraddakı (Sankt-Peterburq) Repin adına Rəssamlıq Məktəbinə daxil olub. Xidməti ilə yanaşı olaraq 2 il ərzində mək-təbi müvəffəqiyyətlə bitirib, Rəssamlıq Akademi-yasının bərpaçılıq fakültəsinə daxil olub.
Nərzadə Ənsərov 1971-ci ildə, hələ oxuduğu müddətdə bacarıqlı bərpaçı kimi İtaliyada olmuşdur.O, Akademiyanı bitirdikdən sonra Pulkovo abservatoriyasında, Ermitajda işləyib. 1986-cı ildə göndərişlə Tümen vilayətinin Novıy-Urenqoy şəhərinə işləməyə gedib.
O, Rusiya Rəssamlar İttifaqının üzvüdür.
İki oğlu var.
Samir Sankt-Peterburq Aviasiya Akademiyasında, Mahmud Hərbi Tibbi Akademiyada oxuyur.

HİDAYƏT MƏMMƏD oğlu ORUCOV

Ləmbəlilər tərəfindən el şairi kimi tanınan Hidayət Orucov 1927-ci ildə indiki “Ermənistan”ın Noyemberyan rayonunun Ləmbəli (indiki Baqra-ta-şen) kəndində anadan olub.
Yeddinci sinfi bitirdikdən sonra, yəni 1941-ci ildən başlayaraq N.Nə-ri-ma-nov adına (sonralar Telman adı-na) kolxozda işləyib. İki ildən artıq rayon mərkəzində hərbi təlimlərdə iştirak edib (1944–1947).
1949-cu ildə kənd camaatı ilə birgə Göyçəyə sürgün edilib. 1950-ci ilin mayında doğma yurda qayıdıb. Hidayət təzə təşkil olunmuş sovxozda fəhləlik edib (1950–1964). 1964-cü ildən 1984-cü ilə kimi qonşu Gür-cüstan Respublikasının Sadaxlı kəndində daşüyütmə məntəqəsində işləyib və oradan da təqaüdə çıxıb.
1988-ci ilin noyabr ayında depor-ta-siyaya məruz qalan H.Orucov Azər--baycanın Oğuz rayonunun Ca-lud kəndində məskunlaşıb.
Hidayət Orucov gənclikdən məc-lislərdə şer deyirdi. Bəzi şerlərini el aşıqları oxuyurlar. Oğlu Sabir elm-lər namizədi, qızları Həmayıl, Ayişə, Tamaşa və Tamam ali təhsillidirlər.
Aşağıda Hidayət Orucovun şerlə-rindən bəzi nümunələr veririk.

QOCALIQ

Üzün qara olsun sənin,
Əydin qəddim, ay qocalıq.
Sən ağıllı bir adamı
Eyləyirsən səy, qocalıq.

Kəsilir taqət dizimnən,
Seltək axır yaş gözümnən,
Utanıram öz-özümnən,
Ömrü etdin zay, qocalıq.

Ağrı artır gələ-gələ,
Yaxşı günüm getdi yelə.
Bel çəliyə, çəlik belə
İndi olub tay, qocalıq.

Cavanlıq düşəndə yada,
Qalanıram, vallah, oda.
Gəncliyindən Hidayətə
Saxlamadın pay, qocalıq.


UNUDA BİLMİRƏM

Ömürdən keçir gün, ay bala-bala,
Unuda bilmirəm, doğma yurd, səni.
Hərdən mən dalıram şirin xəyala,
Unuda bilmirəm, doğma yurd, səni.

Qoynunda qalmadı kimim-kimsəm də,
Məşəl alovlanır gündə sinəmdə.
Etibarsız oldun xəyaltək sən də,
Unuda bilmirəm, doğma yurd, səni.

Yıxıcı olsa da, sevdim həyatı,
Qohumu yad kimi, doğmatək yadı,
Özün unutsan da bu Hidayəti,
Unuda bilmirəm, doğma yurd, səni.


Ali təhsilli jurnalistlər:

1. Səfalı Nəzərli
2. Məmməd Süleymanoğlu
3. Vəfalı Ənsər (Bilaloğlu)
4. Tamella Nəzərova
5. Təzəgül Nəzərova


Praktik jurnalistlər:

1. Bilal Ənsər
2. Reyhan Sədiqızı
3. Mirzə Ənsərli
4. Cavanşir Ağakişiyev
5. Eldəniz Yusifov
6. Rövşən Sultanov

Azərbaycan Yazıçılar Birliyinin üzvləri:

1. Vəli Ləmbəli
2. Bilal Ənsər
3. Mirzə Ənsərli

Azərbaycan Jurnalistlər Birliyinin üzvləri:

1. Səfalı Nəzərli
2. Mirzə Ənsərli
3. Bilal Ənsər

Rusiya Rəssamlar İttifaqının üzvü:

Nərzadə Ənsərov

Azərbaycan Memarlar, Reklamçılar
İttifaqlarının üzvü:

Sabir Orucov


 


XƏBƏR BAŞLIQLARI


12.10.2005. QLOBAL FOND AZƏRBAYCANA 9,5 MILYON DOLLAR QRANT AYIRDI

12.10.2005. AILƏ PLANLAMASINDA VƏ REPRODUKTIV SAĞLAMILQDA IRƏLIYƏ DOĞRU ADDI

20.09.2005. ÜST AZƏRBAYCANA 405 MIN DOLLAR YARDIM AYIRIB

15.08.2005. SƏHİYYƏNİN TEXNİKİ İMKANLARI GÜCLƏNİR

5.08.2005. DÜNYA BANKININ AZƏRBAYCAN SƏHIYYƏSINDƏ ISLAHATLARA 50 MILYON DOLLARLIQ KREDITI

4.08.2005. VƏRƏM DƏRSLİYİ RUSİYADA NƏŞR EDİLİB


© AKADEMİK ƏLİ BİNNƏT oğlu İNSANOV
Site by: ULUWeb.com